İnnovasiya menecmenti
İnnovasiya menecmentinin bir çox tərifi mövcuddur:
1) İnnovasiya menecmenti — məhsul, biznes prosesi, marketinq, texnologiya, material və komponentlər nəzəriyyəsinə dair dünya, ölkə və ya konkret bir region üçün yeni olan ideyaların maksimum mənfəəət əldə etmək və biznes sistemlərinin ümumi strategiyası çərçivəsində risklərin optimallaşdırılması məqsədilə kommersiya layihəsinə çevrilməsi prosesidir
2) İnnovasiya menecmenti — yaradıcı fəaliyyətin yeni, yaxud təkmilləşdirilmiş məhsul və ya praktik tətbiq oluna bilən və müəyyən ehtiyacları təmin etməyə qadir texnologiya şəklində təcəssüm olunan son nəticəsidir. Başqa sözlə, innovasiya – istehlakçıların müəyyən tələblərini təmin etmək üçün yeni ideya və biliklərin praktik istifadəsi məqsədilə onların həyata keçirilməsinin nəticəsidir
3) İnnovasiya menecmenti – prinsipial olaraq yeni və modifikasiya olunmuş vasitənin (yeniliyin) yaradılmasının və istifadəsinin (tətbiqinin) yekun nəticəsidir, hansı ki, rəqabətli ictimai tələbatı təmin edir və bir sıra nəticələr (iqtisadi, elmi-texniki, sosial, texnoloji) verir
4) İnnovasiya menecmenti – iqtisadi mənfəəti təmin edən, bu cür mənfəət üçün şərait yaradan, yaxud məhsulun (əmtəə, iş, xidmət) istehlak xüsusiyyətlərini yaxşılaşdıran yeni, yaxud təkmilləşdirlmiş məhsul (əmtəə, iş, xidmət), onun istehsal və ya tətbiq olunması qaydasıdır (texnologiyasıdır), istehsalın təşkili və ya iqtisadiyyatı, yaxud məhsulların satışı sahəsində yeniliklər və ya təkmilləşdirmələrdir
5) İnnovasiya menecmenti – yeni növ əmtəələrin, istehsalın yeni qayda və metodlarının, yeni xammal mənbələrinin tətbiqi və istifadəsi, yeni bazarların, istehsalın təşkilinin yeni formalarının (inhisara alma məqsədilə yenidən təşkil etmə) mənimsənilməsi məqsədilə istehlakçı ruhu ilə motivasiya olunmuş istehsal amillərinin dəyişilməsidir (yeni kombinasiyalarıdır) [1] [5].
6) İnnovasiya menecmenti – sahibkarların xüsusi alətidir, hansı ki, bu vasitədən onlar dəyişiklikləri yeni növ biznes, yaxud xidmət həyata keçirmək üçün şans kimi istifadə edirlər. İnnovasiya — əvvəllər mövcud olmayan yeninin işlənib hazırlanması və tətbiqidir, onun köməkliyi ilə köhnə, məlum elementlər müvafiq biznesin iqtisadiyyatına yeni forma verir [6] …
İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesidir.
İnnovasiya prosesi – innovasiyaların yaradılması, mənimsənilməsi, yayılması və istifadəsi prosesidir. Həmçinin, məhsul (əmtəə) ilə bağlı innovasiya prosesi ideyanın fundamental və tətbiqi tədqiqatlar, konstruktor işləri, marketinq, istehsal, satış mərhələləri vasitəsilə ardıcıl olaraq əmtəəyə çevrilməsi prosesi kimi müəyyən edilə bilər.
Geniş şəkildə innovasiyalar məhsul, texnoloji, təşkilati və inzibati innovasiyalara bölünə bilər. Sonuncu innovasiyalar əksər hallarda həm məhsul, həm də texnoloji innovasiyaları tətbiq edərkən qaçılmazdır. İnnovasiyaların aşağıdakı əlamətlərə görə təsnifatı məlumdur: yayılma, istehsal tsiklində yer, davamlılıq, bazarı əhatə dairəsi, yenilikçilik dərəcəsi və innovasiya potensialı.
Təşkilatın innovasiya fəaliyyətinin planlaşdırılması;
Missiyanın düzgün formalaşdırılması (təşkilatın fəaliyyətinin innovasiyaya yönəldilməsi).